Göyçay və ətraf rayon sakinləri üçün mühüm tibbi yenilik baş verib.
Medicina.az xəbər verir ki, Azərbaycanda ən müasir MRT cihazlarından biri Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Göyçay filialında fəaliyyətə başlayıb.
Açılış mərasimində çıxış edən Radioloqlar cəmiyyətinin sədri, professor Yunus Əfəndiyev hadisəni xüsusilə əhəmiyyətli hesab etdiyini bildirib. Onun sözlərinə görə, radioloji mərkəz istər müasirliyi, istər keyfiyyətli xidməti baxımından Respublikada nümunəvi hesab olunur.
Qeyd edək ki, sözügedən ANKE marka SuperMark 1.5 tesla MRT cihazı Azərbaycanda ilk dəfədir istifadəyə verilir. Cihazı unikal edən Heliumsuz işləməyi və süni intelekt dəstəyi ilə daha dəqiq və sürətli nəticələr əldə olunmasıdır.
Mərkəzdə MRT ilə yanaşı Komputer Tomoqrafiyası (KT) və rentgen xidmətləri də 24 saat fəaliyyət göstərəcək. Beləliklə də xəstələrin diaqnostik müayinələrə daha operativ və rahat çıxışı təmin olunacaq. Onların müasir diaqnostik müayinələr üçün başqa şəhərlərə üz tutub, uzun yol qət etmələrinə ehtiyac qalmayacaq.
Daha ətraflı məlumat və qəbula yazılmaq üçün əlaqə saxlaya bilərsiniz:
Tel.: *0203, (050) 246 14 11