Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır - VİDEO

  • 2026.09.23 16:35
  • 210 Baxış
 Yeni Robotik Reabilitasiya Mərkəzində  ağır xəstələr həyata qayıdır - VİDEO



Yeni Klinikada fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzi müasir texnologiyaları, geniş reabilitasiya imkanlarını və peşəkar mütəxəssis heyətini bir araya gətirir.

Medicina.az xəbər verir ki, Mərkəz müasir robotik reabilitasiya texnologiyalarını vətəndaşlar üçün daha əlçatan edir. Reabilitasiya xidmətləri müvafiq tibbi göstərişlər əsasında icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində, həmçinin ödənişli əsaslarla təqdim olunur.

Pasiyentlərin vəziyyəti peşəkar mütəxəssislər tərəfindən fərdi şəkildə qiymətləndirilir və ehtiyaclarına uyğun reabilitasiya proqramı müəyyənləşdirilir.

Kimlər bu mərkəzə müraciət edə bilər?

• İnsult və digər nevroloji xəstəliklərdən sonra reabilitasiyaya ehtiyacı olanlar
• Travma, sınıq və ortopedik əməliyyatlardan sonra bərpa dövründə olanlar
• İdman zədələri, əzələ, bağ və oynaq travmalarından sonra funksional bərpaya ehtiyacı olanlar
• Ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra reabilitasiya göstərişi olanlar
• Reanimasiya və uzunmüddətli stasionar müalicədən sonra bərpa dövründə olanlar
• Yaşla əlaqədar hərəkət və funksional məhdudiyyətləri olan şəxslər
• Reabilitasiyaya ehtiyacı olan uşaqlar

Ətraflı Videoda: