17 ildir Parkinsondan əziyyət çəkən yaşlı xəstəyə tətbiq edilən inteqrativ müalicənin nəticələri olduqca diqqətçəkir.
Medicina.az xəbər verir ki, xəstənin hərəkətlərində sabitliyin artdığı, ayaq üstə dayanmağı və yeriməyinin rahatlaşdığı, qeyri-iradi hərəkətləri və əsməsinin isə əvvəlki dövrlə müqayisədə azaldığı müşahidə olunur. 17 il ərzində hərəkət pozuntuları ağır dərəcəyə çatan pasiyent artıq gündəlik fəaliyyətlərini müstəqil icra edə bilir.
Qeyd edək ki, inteqrativ müalicə zamanı yalnız simptomlar aradan qaldırılmır, pasiyentin ümumi vəziyyəti və mümkün əlavə təsiredici amillər də nəzərə alınaraq müalicə planı tərtib edilir.
Əsas səbəb: Bağırsaq problemləri, ağır metal yükü…
İnteqrativ Tibb mütəxəssisi, nevroloq Ülviyyə Səlimova bildirir ki, sözügedən Parkinson xəstəsinin də müalicə prosesində iltihabi proseslər, bağırsaq funksiyası, metabolik vəziyyət və hüceyrə səviyyəsində enerji mübadiləsi hərtərəfli qiymətləndirilib. Pasiyentdə parkinsonu qıcıqlandıran mədə-bağırsaq problemləri, orqanizmində civə daha çox olmaqla aliminium, qurğuşun kimi ağır metal yükü aşkarlanıb. Bu səbəbdən pasiyentin mikrobiotası bərpa olunub, ağır metal yükü detoksifikasiya-drenaj olunub. Kök səbəblər müalicə edildiyi üçün xəstədə tezliklə uğurlu nəticə əldə edilib.
İnteqrativ müalicə mütəxəssisi vurğulayır ki, parkinson xəstəliyində hər bir pasiyentin vəziyyəti fərqlidir və müalicə yanaşması fərdi qiymətləndirilməlidir.
17 illik Parkinson xəstəsinin müalicədən əvvəlki və sonrakı vəziyyətini
bu Instagram linki vasitəsilə izləyə bilərsiniz: