Cəbrayılda əhali tibbi müayinədən keçdi

  • 2026.10.13 14:09
  • 262 Baxış
Cəbrayılda əhali tibbi müayinədən keçdi


Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.


Bu istiqamətdə Cəbrayıl rayonuna köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.


Səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı həkim-mama-ginekoloq, həkim-kardioloq, həkim-ümumi cərrah, həkim-nevroloq və həkim-endokrinoloq tərəfindən 92 nəfərə zəruri tibbi xidmətlər göstərilib.


medicina.az