“Məndən heç nə almayın!” deyən mağaza sahibi məşhurlaşdı

  • 2026.11.25 23:45
  • 65 Baxış
“Məndən heç nə almayın!” deyən mağaza sahibi   məşhurlaşdı


Cənubi Koreyanın Seul şəhərində şərf satan bir kişi qeyri-adi davranışı ilə sosial şəbəkələrdə gündəmə gəlib. Adətən satıcılar müştəriləri alış-verişə həvəsləndirdiyi halda, o, əksinə, onlara malını almamağı məsləhət görür.


Medicina.az xəbər verir ki, mağazaya yaxınlaşan müştərilərə “Bunu alma, sənə lazım deyil”, “Pulunu boş yerə xərcləmə”, “Bu şərf sənə yaraşmır” deyərək onları alış-verişdən çəkindirməyə çalışır.

Lakin satıcının bu qəribə davranışı müştəriləri daha da cəlb edib. İnsanlar onunla tanış olmaq, zarafatlarını eşitmək və şərf almaq üçün mağazasına axın etməyə başlayıblar.

Nəticədə satıcının məşhurluğu internetə də yayılıb, onlayn satışları artıb və məhsulları qısa müddətdə tükənib.

Belə çıxır ki, bu satıcı müştərilərə “Almayın!” dedikcə, onlar daha çox almaq istəyirlər.

Aygün Musayeva