Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü

  • 2026.11.25 17:59
  • 49 Baxış
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü



Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

Medicina.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.

Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.

O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.