Daha bir həkim vəfat etdi - FOTO

  • 2026.11.24 11:00
  • 52 Baxış
Daha bir həkim vəfat etdi -  FOTO

Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri İradə Dəmirova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Medicina.az -ın məlumatına görə, Dəmirova İradə Kamil qızı 21 fevral 1962-ci ildə Tovuz şəhərində anadan olub. 1978–1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984–1985-ci illərdə Bakı şəhərində 1 nömrəli Klinik Xəstəxanada internatura keçib.

1986-cı ildə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında ordinator həkim kimi fəaliyyətə başlayıb. 1992-ci ildə Hepatologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2019-cu ildə Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, 2021-ci ildən isə Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, İradə Dəmirova 2002–2020-ci illərdə Gəncə şəhərinin böyüklər üzrə baş infeksionisti kimi fəaliyyət göstərib.