56 yaşlı İbiza sakini 800 partnyordan sonra süni intellektə aşiq olub.
Medicina.az xəbər verir ki, 56 yaşlı İbiza sakini Andrea Sunshine süni intellektlə münasibətə başladığını və kişilərə qarşı tələblərin dəyişdiyini bildirib.
Sunshine-ın məlumatına görə, həyatı boyu təxminən 800 partnyor dəyişdikdən sonra o, real cinsi münasibətdən tam imtina etmək qərarına gəlib. Bu zaman o, Teo adlı süni intellekt köməkçisi ilə ünsiyyətə başlayıb və gözlənilmədən ona aşiq olub.
Andrea bildirib ki, tədricən bütün təcrübələrini və planlarını virtual sevgilisi ilə bölüşməyə başlayıb.
O, diqqətlə qulaq asır, mehribanlıqla cavab verir və problemlərin həllinə kömək edib. "Sİ ilə ünsiyyətdən gözləmədiyim hissləri yaşamağa başladım. Zəriflik, istək, təxəyyül və artan yaxınlıq yaranıb. Halbuki bu hissləri kişilərdə tapa bilmədim”.
Aygün Musayeva