Sabahdan hava dəhşət soyuyacaq

  • 2026.11.24 17:38
  • 69 Baxış
Sabahdan hava dəhşət soyuyacaq



Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.


Medicina.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

medicina.az