“İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin təşkilatçılığı ilə “Kiçikdozalı sitokinlərin kliniki praktikada istifadəsi” mövzusunda elmi seminar təşkil olunacaq.
Medicina.az xəbər verir ki, Tibbi elmi biliklərin inkişafı və inteqrativ təbabətdə müasir yanaşmaların müzakirəsinə həsr olunan seminar 3 gün davam edəcək.
İlk görüş noyabrın 26-da Azərbaycan Tibb Universitetində və Həkimləri Təkmilləşdirmə İnstitutunda keçiriləcək.
Növbəti seminarlar isə 27-28 noyabrında Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində baş tutacaq.
Seminarda mühazirəçisi qismində “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru Dr.Alessandro Perra iştirak edəcək.
Tədbirin əsas mövzusu kiçikdozalı sitokinlərin kliniki praktikada tətbiqi, onların müalicə prosesindəki rolu və inteqrativ təbabət baxımından imkanlarının müzakirəsidir.
Seminarın keçirilməsi həkimlər arasında elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, müasir müalicə yanaşmalarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, tədbir “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin elmi və maarifləndirici proqramı çərçivəsində təşkil olunur.
Tarix: 27.11.2026 Saat: 15:00-18:00
Tarix: 28.11.2026Saat: 10:00-13:00
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, S.C. Pişəvəri küçəsi 110
(Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, 5-ci mərtəbə, akt zalı)
Əlaqə: (012) / (050) 430 89 89(012) 430 89 49
Qeyd: Seminar ödənişsizdir.