Güclü ağrıların müalicəsi üçün MEPTID adlı dərman vasitəsi Azərbaycanda satışa çıxarılır.
Medicina.az xəbər verir ki, MEPTID - morfin ilə müqayisə edilə bilən ağrıya nəzarət preparatıdır və nəzarət altında olan narkotik vasitələr siyahısına daxil deyil.
Preparatın təsiredici maddəsi meptazinol hidroxloriddir. Bu maddə morfin ilə müqayisədə
·Təkrar tətbiqdən sonra orqanizmdə toplanmır
·Tənəffüsün zəiflədilməsi riski daha azdır
·Oyaqlığın pozulmasına səbəb olmur
·Ürək-damar sisteminə təsiri azdır
·Asılılıq riski aşağıdır
·Başgicəllənmə daha az müşahidə olunur.
·Uzunmüddətli istifadədə yaxşı tolere olunur.
Preparat aşağıdakı hallarda istifadə üçün nəzərdə tutulub:
• əməliyyatdan sonrakı ağrılar;cərrahi müdaxilə ilə bağlı ağrılar;doğuşun birinci mərhələsində ağrının azaldılması;böyrək sancısı zamanı kəskin ağrılarPreparat inyeksiya məhlulu formasındadır və Azərbaycanda qeydiyyatdan keçib.
Tətbiq qaydası və təsir müddəti
Preparat damar daxilinə və ya əzələyə yeridilir. Damar daxilinə vurulduqda təsir bir neçə dəqiqə ərzində başlayır və ən azı 1 saat davam edir. Əzələyə vurulduqda maksimal ağrıkəsici təsir 30-60 dəqiqəyə formalaşır və 3-4 saat davam edir.
Preparat qanda zülallara az yapışır, qaraciyərdə asanlıqla parçalanır və əsasən sidiklə orqanizmdən çıxır.
Preparatın içlik vərəqi ilə link vasitəsilə tanış ola bilərsiniz.
Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ
Tel: Baş ofis: (012) 430 89 49
Aptek: (012) 430 30 10