ABŞ-ın Los-Anceles şəhərində yaşayan rəssam Sem Şumeyker qeyri-adi ixtirası ilə Ginnesin Rekordlar Kitabına düşüb. O, adi ağacdan və ya plastikdən deyil, nəhəng göbələyin kök sistemindən – miseliumdan qayıq hazırlayıb.
12 fut (3,6 metr) uzunluğunda olan bu qayıqla Katalina adasından Kaliforniya sahilinə qədər 42,43 kilometr məsafə qət edib. Səyahət düz 12 saat çəkib.
Medicina.az xəbər verir ki, , bu qayıq göbələyin xüsusi qəlibdə böyüdülməsi ilə hazırlanıb. Sonra suya davamlı olması üçün arı mumu və təbii qatranla örtülüb.
Yol boyu güclü dalğalarla mübarizə aparan rəssamın qayığını hətta bir fin balinası da təxminən iki saat müşayiət edib.
Beləliklə, göbələkdən hazırlanmış qayıqla ən uzun solo səyahət rekordunu qırıb!
Aygün Musayeva