Evlənməyə hazırlaşanlar, diqqət! - Qan uyğunsuzluğunun riskləri

  • 2026.11.26 15:34
  • 82 Baxış
Evlənməyə hazırlaşanlar, diqqət! -  Qan uyğunsuzluğunun riskləri

Ailə qurmağa hazırlaşan cütlüklərin diqqət yetirməli olduğu məsələlərdən biri də qanın (Rh) rezus faktorudur. Xüsusilə qadının Rh-mənfi, kişinin isə Rh-müsbət olması gələcək hamiləlik zamanı müəyyən risklər yaradır.

Medicina.az xəbər verir ki, rezus konflikt adlanan bu vəziyyət ananın immun sisteminin dölün rezus müsbət (Rh +) qan hüceyrələrinə qarşı anticisimlər yaratması ilə əlaqədardır. Yaranan anticisimlər körpəyə keçərək qırmızı qan hüceyrələrinin (eritrositlər) parçalanmasına, qanazlığına və bəzən daha ciddi fəsadlara səbəb ola bilər.

Lakin bu, Rh-mənfi qadınların Rh-müsbət kişilərlə ailə qura bilməyəcəyi və ya sağlam övlad sahibi ola bilməyəcəyi demək deyil. Müasir tibbdə anti-D immunoqlobulin preparatı ilə rezus-konflikt riskinin qarşısını almaq mümkündür. Bunun üçün hamiləlik dövründə müayinələrin vaxtında aparılması və həkim nəzarəti vacibdir.

Qan qruplarının fərqli olması isə sağlam övlad sahibi olmaq üçün hərhansı risk yaratmır.

Evlilik öncəsi peşəkar yoxlanışlardan keçmək və mümkün riskləri qiymətləndirmək üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərsiniz.