Xalq artistinin vəziyyəti ağırdır

  • 2026.10.14 16:01
  • 123 Baxış
Xalq artistinin vəziyyəti ağırdır


Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Medicina.az xəbər verir ki,, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi axsam.az-a açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi isə evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub.

medicina.az