Əvvəllər tək-tək, əlaqəsiz sözlər işlədirdisə artıq uzun cümlələr qurur, deyilənləri daha rahat anlayır. Anaya ən çox təsir edən isə, 10 yaşlı uşağın ilk dəfə valideynlərinə “ana”, “ata” deyərək müraciət etməsidir.
Medicina.az xəbər verir ki, Yelena autizm diaqnozu qoyulmuş 10 yaşlı oğlunun müalicəsi üçün Belarusiyadan Azərbaycana gəlib. Ailənin sözlərinə görə, altı aylıq inteqrativ müalicə müddətində uşağın nitqində, ünsiyyətində və qidalanmasında müsbət dəyişikliklər müşahidə olunub. Uşaq artıq daha mənalı və məntiqli cümlələr qurur, deyilənləri rahatlıqla qavrayır.
Son illər autizmli uşaqlarda İnteqrativ yanaşma ilə əldə olunan nəticələr xüsusilə diqqət çəkir. Belə ki, ənənəvi tibbdə əsasən sadəcə simptomlar müalicə edilirdisə, inteqrativ yanaşma insan orqanizmini bütün olaraq ələ alır və müalicə taktikası hər xəstəyə fərdi olaraq formalaşdırılır.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin uzman pediatrı Lalə Nəsirovanın sözlərinə görə, müalicə prosesində uşağın vəziyyəti kompleks şəkildə qiymətləndirilib. Standart nevroloji müayinələrlə yanaşı, genetik analizlər aparılıb, mədə-bağırsaq sisteminin fəaliyyəti, immun sisteminin vəziyyəti və ürək-damar sistemi xüsusi müayinələrlə dəyərləndirilib. Nəticələrə əsasən köklü müalicə İmmun sistem, mikrobiata ve neyroplastisite istiqamətli aparılıb.
Ananın sözlərinə görə, uşaq əvvəllər əsasən un məmulatları və şirniyyatlarla qidalanırdı. İnteqrativ müalicə çərçivəsində tətbiq olunan fərdi qidalanma proqramı və mədə-bağırsaq sisteminə yönəlmiş müalicələrdən sonra onun qidalanma vərdişlərində və çəkisində də müsbət dəyişikliklər qeydə alınıb. Valideyn uşağın reflekslərinin də canlandığını bildirir.
Əvvəllər uşağın hərarəti mütəmadi olaraq 40-41 dərəcəyə qədər yüksəlir və səbəbi tapılmırdısa, İmmunitet hədəfli inteqrativ müalicədən sonra bu hallar da aradan qalxıb.
Belarusiyadan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutan ailənin hekayəsini
linkdən izləyə bilrsiniz.