Göyçay və ətraf rayonlarda yaşayan qadınlar üçün erkən diaqnostika daha əlçatan oldu.
Medicina.az xəbər verir ki, süd vəzi xərçənginin erkən aşkarlanmasında mühüm rol oynayan mammoqrafiya müayinəsi artıq Göyçay Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyətə başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, süd vəzi xərçəngi qadınlar arasında dünyada ən çox rast gəlinən və ölümlə nəticələnən xərçəng növüdür. Erkən aşkarlanma və vaxtında müalicə xəstəliyin nəticələrini yaxşılaşdırmaq baxımından olduqca vacibdir. Mammoqrafiya müayinəsi isə bu xəstiliyin erkən diaqnostikasında qızıl standart hesab olunur.
Mammoqrafiya süd vəzilərinin rentgen müayinəsidir və xəstəlik əlamətləri ortaya çıxmazdan əvvəl bəzi dəyişikliklərin aşkarlanmasına imkan verir.
Kimlər mammoqrafiya müayinəsindən keçməlidir?
• 40 yaşdan yuxarı qadınlarAiləsində süd vəzi xərçəngi olanlarSüd vəzisində ağrı, sərtləşmə, şişkinlik və ya digər dəyişikliklər hiss edənlərƏvvəllər süd vəzi xəstəliyi və ya əməliyyatı keçirmiş şəxslərBRCA1 və BRCA2 gen mutasiyaları daşıyanlarHəkim tərəfindən yüksək risk qrupuna aid edilən şəxslərSüd vəzisində yeni dəyişikliklər müşahidə edən qadının yaşından asılı olmadanhəkimə müraciət etməyi vacibdir.
Göyçay və ətraf rayonların sakinləri artıq mammoqrafiya müayinəsi üçün uzaq yol qət etmədən Göyçay Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərlər.
Ətraflı məlumat və qeydiyyat: (050) 246 14 11