Xroniki yorğunluğun bir səbəbi orqanizmdə herpev virusu yüklənməsi ola bilər.
Medicina.az xəbər verir ki, endokrinoloq Zuhra Pavlova xroniki yorğunluğun herpes virusları tərəfindən yarana biləcəyi ehtimalını tibbi təsdiq edib:
" Bəzən insan nə qədər istirahət etsə də, sözün əsl mənasında yataqdan qalxa bilmir", həkim öz bloqunda yazıb. Bu vəziyyət tez-tez virus infeksiyalarından sonra ortaya çıxır. Lakin, digər səbəblər də ola bilər: mitoxondrilərin nasazlığı, tiroid hormonlarının aşağı səviyyəsi və ya genetik variant”.
Pavlova məsləhət görür ki, tez yorulursunuzsa, əvvəlcə maqnezium çatışmazlığını yoxlayın.
Enterovirus infeksiyasının simptomları:
qızdırma;
baş ağrısı;
qarın ağrısı;
ürəkbulanma;
qusma.
Virus bədənə yayıldıqca intoksikasiya simptomları güclənir:
çox yüksək qızdırma — 39-40°C;
səpgi;
qol və ayaqların şişməsi;
ağız xoraları.
Həkim Yekaterina Demyanovskaya qeyd edib ki, xroniki yorğunluq sindromu ilə qidada artıq şəkərdən çəkinmək vacibdir: konfetdən və ya tortdan kəskin enerji artımından sonra azalma başlayır və insan özünü yorğun hiss edə bilər.
Aygün Musayeva