Dünya şöhrətli alim Prof. Dr. Mehmet Haberalın rəhbərliyi ilə Türkiyə və Özbəkistan vətəndaşları arasında çarpaz orqan transplantasiyası uğurla həyata keçirilib.
Medicina.az xəbər verir ki, əməliyyat nəticəsində iki xəstəyə yeni həyat ümidi verilib. Türkiyə və Özbəkistandan olan xəstələrin iştirak etdiyi bu tibbi proses iki ölkə arasında səhiyyə və elmi əməkdaşlığın mühüm nümunəsi kimi qiymətləndirilir.
Çarpaz transplantasiya donorla xəstə arasında birbaşa uyğunluq olmadıqda, uyğunluğun başqa donor və xəstə cütü ilə qarşılıqlı şəkildə təmin edilməsinə əsaslanır. Bu üsul orqan transplantasiyasına ehtiyacı olan xəstələr üçün əlavə imkanlar yaradır.
Prof. Dr. Mehmet Haberalın rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyat Türk dünyasında tibb elminin inkişafı, ölkələrarası əməkdaşlıq və insan həyatının xilas edilməsi baxımından əhəmiyyətli hadisə hesab olunur.
medicina.az