Kafedə hesabı ödəməmək üçün sinəsindən tük qoparıb atdı

  • 2026.10.10 17:13
  • 114 Baxış
Kafedə hesabı ödəməmək üçün    sinəsindən tük qoparıb atdı



Restoranda yemək üçün pul ödəməmək üçün kişi müştəri öz sinə tüklərini boşqabına atdı.

Medicina.az xəbər verir ki, Malayziyanın Penanq şəhərindəki restoranda qızardılmış düyü əriştəsi sifariş edən xarici turistlər hesabı ödəməmək üçün hiylə işlədib.

Kişi müştəri əriştədə tük tapdığı üçün 7 dollar ödəməkdən imtina etdi. Qəzəbli qonaqlar getsə də, sonradan kamera görüntülərinə baxdıqda, onların fırıldaqçılıq etdiyi üzə çıxıb.

Restoran meneceri tüklərin quru olduğunu görəndə şübhələndi. Əgər onlar yemək bişirərkən əriştəyə düşmüşdülərsə, yağda islanmalı idilər.
Kafe video görüntüləri paylaşaraq, digərlərini ehtiyatlı olmağa çağırıb.

Aygün Musayeva