Əsrdən əsrə adlayan bir inancın səbəbi elmi olaraq araşdırıldı.
Medicina.az xəbər verir ki, ayaq üstə su, çay, maye içmək sağlamlığa, mədə və ürəyə ziyandır.
Alimlər bu zərəri belə sübut ediblər: ayaq üstə su içdikdə maye mədəyə tez və qəfil böyük miqdarda keçir, bu da mədə divarını qıcıqlandırır.
Bu zaman ürək və böyrəklərə də yük düşür.
Hər dəfə ayaq üstə suyu başına çəkmək formasında içmək mədə klapanlarına zərər vurur.
Böyrəklər isə suyu tam filtrasiya edə bilmir.
Əyləşərək içərkən isə orqanlara yük vermir, su daha asta və yumşaq mənimsənilir, həzm sistemi və ürəyə zərər olmur.
Məhəmməd peyğəmbərdən gələn “ayaq üstündə yox, əyləşərək su için” məsləhəti elmi olaraq sübut olundu.
Aygün Musayeva