Son günlər uşaqlar arasında yüksək hərarət və səpki ilə müşaiyət olunan xəstəlik yayılıb.
Medicina.az xəbər verir ki, valideynlər arasında ciddi narahatlıq yaradan bu xəstəliyin elmi adı roseola infantum olsa da “6-cı xəstəlik” kimi tanınır.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin mütəxəssisi, uzman pediatr Lalə Nəsirovanın sözlərinə görə, “6-cı xəstəlik” əsasən uşaqlıq dövründə rast gəlinən kəskin virus infeksiyalarından biridir.
Xəstəlik 6 aylıqdan 2 yaşa qədər olan
uşaqlarda daha çox müşahidə edilir və herpes virus ailəsinə daxil olan HHV-6, bəzən isə HHV-7 ilə
əlaqələndirilir. Roseolanın ən xarakterik xüsusiyyəti yüksək hərarət və sonrakı səpkilərdir.
İnteqrativ müalicə mütəxəssisinin sözlərinə görə,
səpkilər çox vaxt əvvəlcə gövdədə başlayır, daha sonra boyun və ətraflara yayıla bilər. Lalə Nəsirova qeyd edir ki, yalnız səpkilərə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil.
Mövzu ilə bağlı uzman pediatr Lalə Nəsirovanın ətraflı video-açıqlamasını
bu linkə daxil olaraq izləyə bilərsiniz.
İnteqrativ müalicə yanaşması nədir?
İnteqrativ müalicə yanaşmasında uşağın yalnız bir simptomu deyil, ümumi vəziyyəti kompleks şəkildə
qiymətləndirilir. Maye qəbulu, qidalanma, yuxu, hərarətin idarə olunması və
müşayiət edən əlamətlər birlikdə nəzərə alınır. Mərkəzin uzman pediatrı Lalə Nəsirova
qeyd edir ki,
inteqrativ müalicənin digər klassik müalicələrdən əsas fərqi zərərli və toksiki dərmanlardan imtina etməkdir. Digər tərəfdən, klassik müalicədən fərqli olaraq inteqrativ müalicə
imuniteti də gücləndirməyə dəstək. Beləliklə də, növbəti dəfə uşağın orqanizmi xəstəliyə məruz qaldıqda əlavə müdaxiləyə ehtiyac qalmadan özünü bərpa edə bilsin.
Uşaqlarınızda sözügedən əlamətlər varsa kompleks və inteqrativ müalicə üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan:
Nəsimi ray., Seyid Cəfər
Pişəvari küçəsi 110 (Memar Əcəmi m/st yaxınlığı)
Əlaqə nömrələri:
(050) 430 89 89
(055) 430 89 89
(070) 430 89 89