Qanlı ishal, qarın ağrısı və sancılar, tez-tez tualetə getmək istəyi…
Xoralı kolit xəstələrinin gündəlik həyatına ciddi təsir göstərən bu əlamətlər həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.
Medicina.az xəbər verir ki, 15 ildir bu əlamətlərdən əziyyət çəkən Türkiyəli pasiyent son dövrlərdə ağırlaşmalarla üzləşib. Gündə 16–20 dəfə tualetə getdiyini deyən pasiyentə ağır yan təsirlərə malik anti-TNF preparatları ilə müalicəyə başlamaq məsləhət görülüb. Vəziyyətin getdikcə çətinləşdiyini görən pasiyent inteqrativ müalicə üçün Azərbaycana - Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutub.
Pasiyentin sözlərinə görə, təxminən bir aylıq müalicə və dəstək prosesindən sonra tualetə getmə tezliyi gündə 16–20 dəfədən 4 dəfəyə qədər azalıb və özünü həm fiziki, həm də psixoloji baxımdan əvvəlkindən daha yaxşı hiss edir.
İnteqrativ yanaşmanın fərqi
Pasiyentə inteqrativ yanaşma çərçivəsində kompleks müalicə tətbiq edilib. İnteqrativ tibb mütəxəssisi, həkim-qastroentroloq Aygün Quliyeva qeyd edir ki, klassik tibbdə xoralı kolit zamanı əsasən immun basqılayıcı və ağır yan təsirlərə malik preparatlar tətbiq edilir. İmmun sisteminin inqibə edilməsi nəticəsində orqanizm özünü müdafiə edə bilmir, başqa sözlə orqanizm digər xəstəliklər üçün açıq qapıya çevrilir.
İnteqrativ tibbdə isə xoralı kolit zamanı müalicə immun sisteminin basqılaması deyil, tənzimlənməsi hədəflənir.
Bu istiqamətdə xəstəyə
- Ozon və oksigen terapiya,
-Drenaj- detoksikasiya
-Yüksəkdozalı venadaxili vitamin C
terapiyaları tətbiq olunub.
Beləliklə də pasiyentin bağırsaq mühiti və mikrobiotası bərpa olunub, sürətli və uğurlu nəticə əldə edilib.
Qeyd edək ki, sözügedən xüsusi yanaşma Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həyata keçirilir.
Türkiyədən inteqrativ müalicə üçün müraciət etmiş pasiyentin hekayəsini
instaqram linkindən izləyə bilərsiniz.