Qazlı içkilər içənin mədəaltı vəzisi çökür - Xəbərdarlıq

  • 2026.09.21 23:00
  • 239 Baxış
Qazlı içkilər içənin mədəaltı vəzisi çökür   -  Xəbərdarlıq


Qazlı içkilərdə yüksək dozada şəkər mədəaltı vəzinə zərər verir.

Medicina.az xəbər verir ki, həkim Tatyana Meşçeryakova bir stəkan qazlı içkinin tərkibində 6 çay qaşığı, bir litrində isə 25 çay qaşığına qədər şəkər olduğunu bildirib.

Bu mədəaltı vəz kimi həssas orqan üçün ölümcüldür:
"Hər stəkan qazlı içkidə 5-6 çay qaşığı, bir litrində isə 20-25 çay qaşığı şəkər var".

Fakt budur ki, orqanizm birdən çox böyük dozada şəkərə məruz qaldıqda insulinin sürətli ifrazı ilə reaksiya verməyə məcbur olur və bu, insulin tolerantlığına və ya insulin müqavimətinə səbəb ola bilər.

Şəkərli qazlı içkilərin qəbulu ilə əlaqəli digər bir risk, bədənin piylənməyə meylliliyi ilə sıx əlaqəli olan karbohidrat mübadiləsinin pozulmasıdır.

Bundan əlavəqazlı içkilər bədənin turşu-qələvi balansını pozan turşuluq tənzimləyicilərini ehtiva edir ki, bu da mineral itkisinə və sümüklərin zəifləməsinə səbəb olur - hətta uşaqlarda belə. İçkilərdəki qaz qabarcıqlarına gəldikdə isə, onlar həzm sisteminin divarına,ş selikli qişasına zərər verə bilər.


"Bu qabarcıqlar birbaşa mədəyə gedir və deaktiv olur, mikroşok dalğası yaradır və nəticədə mədə mukozasına mexaniki zədələnməyə səbəb olur".

Meşçeryakovanın sözlərinə görə, hətta insanların istehlak etdiyi şəkərsiz mineral suda belə minimum qazlı qabarcıqlar olmalıdır.


Aygün Musayeva