Son illər yüksək dozalı Vitamin C terapiyasına maraq artıb.
Medicina.az xəbər verir ki, xüsusilə onkoloji xəstələr, immun sistemi zəif olan şəxslər və bəzi infeksion xəstəliklər zamanı venadaxili yüksək dozalı Vitamin C yüksək effektivliyi ilə seçilir.
Onkoloji xəstələr
Bəzi tədqiqatlarda Vitamin C-nin kimyaterapiyanın yan təsirlərini azaltdığı sübut olunub. Xərçəng hüceyrələrinə təsiri üzərində də araşdırmalar aparılır.
İmmuniteti zəif olan şəxslər
Məlumdur ki, Vitamin C immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır. Venadaxili yüksəkdozalı Vitamin C xüsusilə tez-tez xəstələnənlər üçün güclü qalxan yaradır,
leykositlərin aktivliyini artırır.
İnfeksion və virus xəstəlikləri
Yüksək dozalı venadaxili Vitamin C ilə bağlı klinik tədqiqatlarda xüsusilə ağır infeksiyalar və kritik xəstələr üzərində mümkün təsirlər öyrənilir.
Qrip, kəskin respirator infeksiyalar zamanı sağalma müddətini qısaldıb, ağırlaşmaların qarşısını aldığı müşahidə olunur.
Vərəm xəstələri
Vərəm zamanı orqanizmin müdafiə sisteminin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Yüksək dozalı venadaxili Vitamin C immun sisteminə və antioksidant müdafiəyə dəstək məqsədilə kompleks müalicəyə əlavə oluna bilər.
Vitamin C vərəmin əsas dərman müalicəsini əvəz etmir, lakin bəzi hallarda müalicə prosesinə dəstəkləyici yanaşma kimi qiymətləndirilə bilər.