Biz tələbələri cərrahlar qovurdu, reseptləri gizlədirdilər – Uzman həkim

  • 2026.09.16 17:42
  • 218 Baxış
Biz tələbələri cərrahlar qovurdu, reseptləri gizlədirdilər  – Uzman həkim

Azərbaycan Tibb Universitetində 5 illik təhsildən sonra rezidentura təhsili mərhələsi gəlir. Amma mən 3 il, 5 il keçsə də, özümü həkim kimi hiss etmirdim, elə bilirdim, heç nə bilmirəm. Qorxurdum ki, kimsə sual verər, bilmərəm. O zaman biz yetişmədik. Biz itirən ili rezidentura ilk olaraq açıldı, ilk imtahan verənlər biz olduq.

Medicina.az xəbər verir ki, bu sözləri BTV-də Saturasiya verilişində uzman ginekoloq Günel Ziyadova deyib.

“Mən 5 ci kursu bitirdim, amma qeysəriyyə əməliyyatı görməmişdim. Çünki bizi təcrübələrdə cərrahlar əməliyyatxanaya qoymurdular, bu qədər tələbə olmaz, uşaq kimi yanaşırdılar. Mən Türkiyəyə gedəndə orda da utandım, çünki əməliyyat edə bilmirdim, orda tibb bacıları daha çox bilirdi. O vaxt sovet sistemində çalışmış həkimlər bizi rəqib kimi görürdü, resept yazanda gizlədirdilər.

Sistem təhsildə, səhiyyədə oturmamışdı. Ona görə də rezidenturada da hiss etdim ki, yenə də istədiyim səviyyədə deyiləm”.



Aygün Musayeva