Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

  • 2026.09.14 14:56
  • 335 Baxış
Kababla soyuq Cola içənlərin öd yolları    məhv olur


Kababla birgə içilən soyuq qazlı içkilər, eləcə də soyuq pivə, kvas sağlamlıq üçün çox təhlükəlidir.

Medicina.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşuh kömürdə, qrildə bişmiş ətlə soyuq su içmək vərdişinin həzm sisteminə öldürücü təsirindən danışıb.

Həkim Kaşuhun sözlərinə görə, kababla soyuq içkilər öd yollarının spazmına səbəb ola bilər:

"Ümumi qayda budur: içki nə qədər soyuq olarsa, ümumi öd yolu spazmı riski bir o qədər yüksəkdir. Buna görə də soyuq limonadlar, kvası və pivəni kabab siyahısından çıxarmaq məsləhətdir".

Həkim həmçinin kababla birlikdə qəbul edildikdə spirtli içkilər də daxil olmaqla, digər potensial təhlükəli içkilərin də olduğunu qeyd etdi. KKabab mahiyyət etibarilə həzm olunması çətin olan bir yeməkdir və onu həzm etmək həzm sisteminə ciddi yük yaradır.

Spirt əlavə etmək bu yükü artırır və toksinlərin xaric olmasına səbəb olur. Bütün bunların öhdəsindən gəlmək üçün bədən son dərəcə güclü və davamlı olmalıdır.

Bundan əlavə, qablaşdırılmış və ya sıxılmış şirələr şaşlıqla verilməməlidir.

Aygün Musayeva