12 yaşlı şagird özünü məktəb binasından atdı

  • 2026.10.12 18:23
  • 121 Baxış
12 yaşlı şagird özünü məktəb binasından atdı


Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü M.N. bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Medicina.az APA-ya istinadla xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində qız üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğu deyilir.

M.N. hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

Medicina.az