Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib.
Medicina.az “Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.
62 yaşlı M.Cavadov sentyabrın 13-ü Bakıda dostları ilə ziyafət məclisi zamanı restoranda yıxılıb və başı betona dəyib.
Ağır kəllə-beyin travması alan və komaya düşən ehtiyatda olan zabit Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bir ay burada müalicə alan M.Cavadov komadan ayılıb. Bu müddət ərzində daxili orqanlarında problemlər yaranan zabitin ölümünə də bu səbəb olub.
Mərhum bu gün Bakıda dəfn edilib.
Medicina.az