Qazlı içki və dəniz məhsulları ilə 101 yaşa çatan kişi

  • 2026.10.14 18:46
  • 113 Baxış
Qazlı içki və dəniz məhsulları ilə    101 yaşa çatan kişi


101 yaşlı Li Şizenq düzgün qidalanmağın nə demək olduğunu belə bimir. O, bu yaşına kimi qazlı içki içir.

Medicina.az xəbər verir ki, Çinin Zhejiang əyalətinin sakini çoxlu düyü, dəniz məhsulları, donuz əti və tərəvəz yeməkdən doymur.

Təəccüblüsü odur ki, baba Coca-Cola və Sprite-i də sevir. Bir neçə damcı ağ şərabla soyuq Sprite yaşlı qurmanın ən sevimlisidir.

Bir il əvvəl Li velosipedlə ərzaq alış-verişinə gedirdi, amma yıxıldıqdan sonra qohumları ona bunu etməyi qadağan etdilər.

Yüzillik ömrün sahibi nadir hallarda soyuqladığını, nisbətən aşağı təzyiqə və yaxşı yaddaşa malik olduğunu iddia edir.

Lakin Li vəziyyəti üçün qazlı içkiləri və dəniz məhsullarını günahlandırmır. O, sadəcə istədiyini yeyir və içir.

Aygün Musayeva