Əhval-ruhiyyənin dəyişməsi və əzələ ağrısı D vitamini çatışmazlığını göstərə bilər.
Medicina.az xəbər verir ki, dietoloq Yuliya Savelyeva D vitamini çatışmazlığının ağrılı və xoşagəlməz simptomlarını müəyyən edib:
"D vitamini çatışmazlığı riski altında olan insanlara nadir hallarda açıq havada vaxt keçirənlər, hamilə və əmizdirən qadınlar, artıq çəkili insanlar, ciddi vegetarianlar, az yağlı pəhriz saxlayanlar və öd kisəsi çıxarılan və ya öd axını problemi olanlar daxildir."
Ekspert bildirib ki, bəzi simptomların görünməsi bu vacib qida maddəsinin çatışmazlığı ilə əlaqəli ola bilər.
Yuliya Savelyeva bədəndə D vitamini çatışmazlığını göstərə biləcək dəyişiklikləri sadalayıb:
Tez-tez əhval-ruhiyyənin dəyişməsi
İştahsızlıq
Tez-tez soyuqdəymə
Əzələ ağrısı və qıcolmaları, əzələ zəifliyi
Yaddaşın və digər idrak funksiyalarının pisləşməsi
Yuxuya getməkdə çətinlik, yuxusuzluq
Narahatlıq
Artıq qıcıqlanma, özünə nəzarət problemləri
Mütəxəssis qeyd etdi ki, təmiz havada gəzintilər və müəyyən dərəcədə qidalar (yağlı balıq və treska qaraciyəri, yumurta sarısı, süd məhsulları) bədəndə D vitamini ehtiyatlarının bərpasına kömək edir.
Aygün Musayeva