Elşən Qədimov FEBS-COLO titulunu qazandı - FOTO

  • 2026.10.14 21:00
  • 95 Baxış
Elşən Qədimov FEBS-COLO titulunu qazandı -  FOTO

Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim-ümumi cərrah Elşən Qədimov Çexiyanın paytaxtı Praqada keçirilən “EBSQ Coloproctology” imtahanını uğurla tamamlayaraq Koloproktologiya üzrə Avropa Cərrahiyyə Şurasının üzvü – FEBS-COLO (Fellow of the European Board of Surgery in Coloproctology) titulunu qazanıb.

Medicina.az xəbər verir ki, FEBS-COLO titulu Avropa Tibb Mütəxəssisləri Birliyinin (UEMS) strukturunda fəaliyyət göstərən “European Board of Surgery” çərçivəsində koloproktologiya üzrə Avropa səviyyəli kvalifikasiya imtahanını uğurla tamamlayan cərrahlara təqdim olunur.

Bu kvalifikasiya mütəxəssisin koloproktologiya sahəsində nəzəri biliklərinin, klinik təcrübəsinin və peşəkar hazırlığının müvafiq Avropa standartlarına uyğun qiymətləndirilməsini əks etdirir.

Mütəxəssisimizin FEBS-COLO titulunu qazanması onun peşəkar inkişafında mühüm mərhələ olmaqla yanaşı, Yeni Klinikanın cərrahiyyə sahəsində yüksəkixtisaslı mütəxəssis potensialını da nümayiş etdirir.

Bu nailiyyət koloproktoloji xəstəliklərin müasir yanaşmalarla müalicəsi və pasiyentlərə daha keyfiyyətli cərrahi xidmətin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.