BTİMM-nin sponsorluğu ilə Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresi

  • 2024.05.03 16:54
  • 452 Baxış
BTİMM-nin sponsorluğu ilə  Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresi
Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresi 7-8 may tarixlərində işinə başlayacaq.Tədbirin sponsoru Türkiyənin Stem Cell School ( Kök Hüceyrə Məktəbi) və Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzidir.Konqresdə dünyaca məşhur xarici məruzəçilərin və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulub.


"Medicina" xəbər verir ki, kök hüceyrə və regenerativ tibb sahəsində ən son yeniliklərin və aktual mövzuların müzakirə olunacağı beynəlxalq tədbir tibbin əsas sahələrini əhatə edəcək. Dermatologiya, Ginekologiya, Travmatologiya, Nevrologiya, Urologiya, Oftalmologiya, Neyrocərrahiyyə ilə yanaşı Plastik Cərrahiyyə və Kosmetologiyada toxuma bərpası, artroz, autizm, aseptik nevroz, serebral iflic, hüceyrə yenilənməsi kimi bir çox xəstəliklərdə kök hüceyrənin əhəmiyyəti haqqında plenar iclaslar iştirakşılar üçün daha maraqlı olacaq. Mütəxəssislər adı çəkilən sahələrdən başqa süni mayalanmada da kök hüceyrənin rolu ilə bağlı bilik və təcrübələrini həmkarları ilə bölüşəcəklər.

Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini qastroenteroloqu Arzu Quliyeva təmsil edəcək.


Məruzəçi qismində konqresə qatılan Arzu doktor ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi” mövzusundakı çıxışında kök hüceyrənin əhəmiyyətini vurğulamaqla yanaşı bu sahədəki təcrübəsini əks etdirən videomaterialları da konqres iştirakçılarının müzakirəsinə təqdim edəcək.

Aygün M
Medicina.az