Məşhur uşaq qidasında zərərli maddə aşkarlandı - Anaların nəzərinə!

  • 2024.07.04 11:11
  • 6283 Baxış
Məşhur uşaq qidasında zərərli maddə aşkarlandı -  Anaların nəzərinə!
Milyonlarla valideynin istifadə etdiyi dünyaca məşhur uşaq qidası markası Alnaturaya aid kartof və yerkökü olan iki məhsulda insan sağlamlığı üçün zərərli kanserogen maddə olan aflatoksin aşkar edilib.

Medicina.az xəbər verir ki, aflatoksin aşkar edildikdən sonra şirkət sözügedən qidanın qətiliklə istehlak edilməməsi barədə xəbərdarlıq edib.


Yararlılıq müddəti 20 dekabr 2025-ci il tarixdə olan kök tərkibli qidalar və yararlılıq müddəti 14 yanvar 2026-cı il və 28 yanvar 2026-cı il tarixlərində olan kartoflu uşaq qidası məhsullarının qaimə-fakturasız geri qaytarılması tələb olunub.




Aygün
BakuPost