Qarpız qabığından gələn gözəllik - Dondurub üzünüzə çəkin

  • 2024.07.04 09:06
  • 1354 Baxış
Qarpız qabığından gələn gözəllik -  Dondurub üzünüzə çəkin
Qarpız qabığının dəriyə faydaları çoxdur.


Medicina.az təqdim edir:


Dondurun...

Qarpızın qabıqlarını xırda-xırda doğrayıb torbaya qoyun. Sonra dondurucuda saxlayın. Səhər və axşam dondurulmuş qarpız qabıqlarını dərinizə çəkin.

Qarpız qabığı dərini təravətləndirir və məsamələri daraldır. Ən əsası sizi narahat edən ləkələrin zamanla solmasını təmin edərək dərinizə müalicəvi təsir bağışlayır.

Qan dövranını sürətləndirici təsirə malik qarpız qabığını, müntəzəm olaraq tətbiq etdiyiniz zaman daha təmiz və sıx bir dəriyə sahib olacaqsınız. Dərinizə təbii şəkildə parlaqlıq və möhkəmlik qatmaq istəyirsinizsə, qarpız qabıqlarını donduraraq bu üsuldan mütləq istifadə edin.


Aygün Nəbiyeva
Medicina.az