Həddindən artıq isti yemək və içkilər qəbul etmək vərdişinin xərçəng də daxil olmaqla bir sıra təhlükəli patologiyaların inkişaf riskini artırdığı barədə xəbərdar edilib.
Medicina.az xəbər verir ki, onkoloq cərrah Aleksandr Umnovun sözlərinə görə, həddindən artıq isti çay içmək xroniki qida borusu yanıqlarına, diş çürüməsinə səbəb olur , xərçəng inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Qaynar çay içmək selikli toxumaların zədələnməsinə və epitel displaziyasına səbəb olur. Bununla da daim isti çay içmək iltihaba və şişlərə səbəb ola bilər. Aleksandr Umnov hansı çay temperaturunda qırtlaq xərçəngi riskinin artdığını izah etdi.
"70 dərəcə Selsi və ya daha yüksək temperaturda gündəlik çay içmək qırtlaq xərçəngi riskini ikiqat, qida borusu xərçəngi riskini isə səkkizqat artırır", - deyə mütəxəssis bildirib.
Cərrah vurğulayıb ki, yeməklərin və içkilərin temperaturunun hətta bir qədər aşağı düşməsi belə xərçəngdən qorunma təmin edir. O, optimal temperaturun 50-60 dərəcə Selsi olduğunu bildirdi.
Bundan əlavə, mütəxəssis əlavə etdi ki, həddindən artıq isti içkilər və qidalar diş minasında mikro çatlara səbəb ola bilər ki, bu da sonradan çürümələrə səbəb olur.
Aygün Musayeva
medicina.az