Üzdə yaranan akne və sızanaqlar bəzən yalnız estetik problem olmur.
Medicina.az xəbər verir ki, davamlı və ağrılı səpkilər insanın gündəlik həyatına, özünə münasibətinə və psixoloji vəziyyətinə də təsir göstərə bilər.
Gecələr rahat yata bilmirdi
16 yaşlı yeniyetmə qızın da üzündə yaranmışiltihab ifrazatlı sızanaqlar onun həyatını alt-üst edirdi. Pasiyent dözülməz ağrılar hiss edir, dediyinə görə hətta gecələr də rahat yata bilmirdi. Üzündəki kəskin iltihablı sızanaqlara görə o, özünü cəmiyyətdən təcrid etməyə başlamışdı. Dəfələrlə müalicələr qəbul etsə də müsbət effekt görməyən yeniyetmənin ailəsi son çarə olaraq
inteqrativ müalicəyə baş vurdu.
İnteqrativ Tibb mütəxəssisi Arzu Musayeva pasiyentin dəri vəziyyəti və sızanaqların yaranmasına təsir edə biləcək amilləri qiymətləndirdi.
Pustulyoz diaqnozu qoyulan xəstəyə fərdi müalicə prootokolu tərtib olundu.
İnteqrativ tibbi yanaşma müalicə zamanı sadəcə səpgilərin görünüşünü deyil, sızanaqların yaranmasının daxili səbəblərini də hədəf alır. Bu baxımdan, müalicə prosesinə bir neçə fərqli ixtisaslı həkim cəlb olunur.
İlkin olaraq biotənzimləyici preparatlar vasitəsilə yeniyetmənin orqanizm daxili terapiyası həyata keçirildi. Daha sonra homeosiniatriya üsulu ilə yerli ozon inyeksiyalar tətbiq olundu.
4 aylıq müalicə kursunun sonunda pasiyentin üzündəki sızanaqlar tamamilə təmizləndi.
Pasiyentin sözlərinə görə, artıq gecələr daha rahat yatır və gündəlik həyatını əvvəlkindən daha komfortlu keçirir.
Yeniyetmə pasiyentimizin akne müalicəsi ilə bağlı uğurlu nəticəsini və hekayəsini
İnstagram səhifəmizdən izləyə bilərsiniz.