Miqren həyat keyfiyyətini aşağı salan əsas nevroloji xəstəliklər sırasındadır. Miqren tutmaları zamanı xəstələrə adətən ağrıkəsici və ya sakitləşdirici preparatlar təyin edilir.
Medicina.az xəbər verir ki, ağrı müvəqqəti azalsa da, problem yerində qalır. Çünki miqren sadəcə baş ağrısından ibarət deyil.
Problemin arxasında
- sinir sistemi pozğunluqları,
- hormonal dəyişikliklər,
- xroniki stress,
- yuxu problemləri və digər amillər dayana bilər.
Miqren müalicəsində İnteqrativ yanaşma fərqi
İnteqrativ tibb yanaşmasında miqrenə yalnız ağrı kimi baxılmır, xəstəliyin kökü hədəf alınır. Çünki
miqren çox vaxt daxili orqanların (xüsusilə qaraciyər, öd kisəsi və bağırsaqlar) funksional pozulmasının və vegetativ sinir sisteminin gərginliyinin nəticəsi olaraq özünü biruzə verir.
Neyralterapiya: Qısa təsirli lokal anestetik xüsusi texnika ilə baş-boyun nahiyəsinə, vegetativ sinir düyünlərinə və qıcıq nöqtələrinə yeridilir. Beləliklə də, sinir sistemindəki "qısa qapanma" aradan qaldırılır, qan dövranı nizamlanır və ağrı zənciri qırılır.
Homotoksikoloji Drenaj və Detoks: Biotənzimləyici preparatlarla aparılan drenaj sayəsində bədən təmizlənir, sinir uclarının qıcıqlanması dayanır.
Akupunktur: Bədəndəki enerji meridianlarını aktivləşdirərək endorfin (təbii ağrıkəsici) hormonlarının ifrazını artırır, spazmları açır və mərkəzi sinir sistemini sakitləşdirir.
Osteopatiya və Manual Terapiya: Boyun və onurğa nahiyəsindəki sümük-əzələ blokadalarını, gərginlikləri aradan qaldırır. Boyun fəqərələrindən beyinə gedən damarların və sinirlərin sıxılması aradan qalxdığı üçün baş ağrıları kəsilir.
Bağırsaq Florasının Korreksiyası: "İkinci beyin" sayılan bağırsaqlarda yaranan iltihab və disbioz serotonin balansını pozaraq miqrenə səbəb ola bilər. Bağırsaq sağlamlığı bərpa edildikdə miqren ataklarının demək olar ki, tamamilə yox olduğu müşahidə edilir.
İnteqrativ tibb mütəxəssisləri bildirirlər ki, miqrenin uğurlu idarə olunması üçün fərdi yanaşma vacibdir. Hər bir xəstədə xəstəliyi yaradan səbəblər fərqli ola bildiyi üçün, müalicə planı da fərdi şəkildə hazırlanmalıdır.
Miqrenin inteqrativ müalicəsi ilə bağlı daha ətraflı məlumat və mütəxəssis rəyi üçün bu linkə daxil olaraq videonu izləyə bilərsiniz.