Bakıda qadından nəhəng, 6 kq-lıq - şiş çıxarıldı

  • 2026.09.21 16:12
  • 200 Baxış
Bakıda qadından  nəhəng, 6 kq-lıq  -  şiş çıxarıldı



Xətai Tibb Mərkəzində 50 yaşlı qadın pasiyent üzərində mürəkkəb əməliyyat həyata keçirilib. Mama-ginekoloq, cərrah Raul Əzimov tərəfindən aparılan müdaxilə zamanı çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib.


Belə böyük ölçülü miomalar nadir hallarda rast gəlinir və çanaq orqanlarının anatomik vəziyyətini dəyişdirə, qonşu orqanlara mexaniki təzyiq göstərə və əməliyyat zamanı qanaxma riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Uğurla başa çatan əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Müalicəsi başa çataraq evə buraxılıb.

Qeyd edək ki, miomalar uzun müddət simptomsuz qala bildiyindən müntəzəm ginekoloji və ultrasəs müayinəsi onların erkən aşkarlanmasına və törəmənin həddindən artıq böyüməsinin qarşısının alınmasına imkan verə bilər.

Aygün Musayeva