Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! - Preparatın idxalı bərpa olundu

  • 2026.08.31 17:00
  • 99 Baxış
Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! -  Preparatın idxalı bərpa olundu

Bir müddət əvvəl Azərbaycanda xüsusilə onkoloji xəstəliklərdə geniş istifadə olunan yüksək dozalı venadaxili C vitamini preparatının (Pascorbin 7.5 q) qeydiyyat müddəti başa çatmışdı. Bu isə öz növbəsində həm həkimlər, həm də pasiyentlər arasında narahatlıq yaradırdı.

Medicina.az xəbər verir ki, artıq bu məsələ ilə bağlı müsbət yenilik var.

Məlumata görə, yüksək dozalı venadaxili C vitamini preparatı (Pascorbin 7.5 q) yenidən Azərbaycan bazarına təqdim olunmağa başlayıb; son aylarda preparatın əlçatanlığı ilə bağlı yaranmış qeyri-müəyyənlik aradan qalxıb.

Qeyd edək ki, preparatın dövlət qeydiyyat müddəti başa çatdığı üçün yeni partiyalarının ölkəyə idxalında müvəqqəti fasilə yaransa da, hazırda preparatı bütün apteklərdən əldə etmək mümkündür.

Bəs yüksək dozalı venadaxili C vitamini (Pascorbin 7.5 q) nə üçün bu qədər əhəmiyyətli hesab olunur və hansı xəstəliklərdə uğurla tətbiq edilir?

- Onkoloji xəstəliklərdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə;
- Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə;
- İmmunitet zəifliyi olan şəxslərdə;
- İnfeksion və virus xəstəliklərində dəstəkləyici müalicə kimi;
- müxtəlif xəstəliklərin bərpa və reabilitasiya dövründə
Qeyd edək ki, COVID-19 pandemiyası dövründə Azərbaycanda ölüm göstəricilərinin nisbətən aşağı olmasının səbəblərindən biri kimi yüksək dozalı venadaxili C vitamini preparatının müalicə protokollarına salınması göstərilir. Preparat xüsusilə bu dövrdən etibarən bir çox pasiyentin inamını qazandı və immunitetin bərpası üçün uğurla istifadə edildi.

Mütəxəssislər pasiyentlərə tövsiyə edirlər ki, yüksək dozalı venadaxili C vitamin terapiyalarından istifadə etməzdən əvvəl həkim məsləhəti alsınlar və müalicəni yalnız peşəkar tibbi nəzarət altında həyata keçirsinlər.

Aygün
Medicina.az