Türkiyədən Azərbaycana şəfa üçün gəldi, xəstəliyinə burada çarə tapdı - VİDEO

  • 2026.09.22 15:52
  • 137 Baxış
Türkiyədən Azərbaycana şəfa üçün gəldi,  xəstəliyinə burada çarə tapdı - VİDEO

Diz artrozundan əziyyət çəkən türkiyəli xəstə Azərbaycanda aparılan kompleks müalicədən sonra ağrılarından qurtulduğunu bildirir.

Medicina.az xəbər verir ki, diz oynağında yaranan artroz - “diz kirəclənməsi” hərəkət məhdudiyyəti, ağrı və həyat keyfiyyətinin azalmasına səbəb olan ən çox yayılmış problemlərdən biridir. Bu zaman düzgün diaqnostika və pasiyentin vəziyyətinə uyğun fərdiləşdirilmiş yanaşma xüsusi əhəmiyyət daşıyır.

Türkiyədən Azərbaycana müalicə üçün gələn 46 yaşlı Nurcan xanım da uzun müddətdir ki diz kirəclənməsindən (artroz) əziyyət çəkirdi. Xəstənin sol ayağına illər əvvəl protez əməliyyatı icra olunub. Eyni xəstəlik onun sağ dizində də baş qaldırıb və o, sağ dizində ağrıların şiddətlənməsi və hərəkət qabiliyyətinin azalması ilə üzləşib. Bu dəfə pasiyent Bakıda tətbiq olunan xüsusi əməliyyatsız yanaşmaya üstünlük verib və burada yeni inteqrativ müalicə mərhələsinə başlayıb.

Aparılan müayinələr sağ dizdə 3-cü dərəcə artrozun olduğunu göstərib. Bundan sonra mütəxəssislər tərəfindən Nurcan xanım üçün fərdi, çoxkomponentli inteqrativ müalicə proqramı tərtib edilib.

Müalicə proqramına

● fizioterapiya və reabilitasiya seansları;
● ozon terapiyası;
● oynaqdaxili və oynaqətrafı dəstəkləyici prosedurlar;
● drenaj və detoksifikasiya tədbirləri;
● oynaq toxumalarını gücləndirmək üçün əlavə müalicələr daxil edilib.

İnteqrativ tibb mütəxəssisinin məlumatına görə müalicə kompleks şəkildə, xəstənin vəziyyəti daimi izlənilməklə aparılıb.

Bir neçə həftə davam edən müalicədən sonra xəstədə müsbət dinamika müşahidə olunub. Belə ki, onun diz oynağının hərəkəti artıb, şişkinlik geri çəkilib, ağrı hissi azalıb və yerişi daha sərbəst hala gəlib.

İnteqrativ tibb mütəxəssisi vurğulayır ki, diz kirəclənməsində vaxtında və düzgün diaqnostika, eləcə də hər xəstənin fərdi vəziyyətinə uyğun müalicə planı xəstəliyin gedişatına həlledici təsir göstərir. Bu sahədə son illər Azərbaycana xarici ölkələrdən, o cümlədən Türkiyədən müalicə üçün gələn xəstələrin sayının artdığı bildirilir.
Müalicə prosesini yekunlaşdıran Nurcan xanımın təəssüratlarını bölüşdüyü görüntüləri bu link vasitəsilə izləyə bilərsiniz.

Müalicə prosesini yekunlaşdıran pasiyentimiz Nurcan xanımın təəssüratlarını və hekayəsini bu linkə daxil olaraq izləyə bilərsiniz.