Prenatal diaqnostikada genetik testlərin rolu- Ginekoloqlar üçün konfrans

  • 2024.06.06 18:03
  • 824 Baxış
Prenatal diaqnostikada genetik testlərin rolu - Ginekoloqlar üçün konfrans
İyunun 12-də Məlhəm Beynəlxalq Hospitalın akt zalında keçiriləcək konfransda “Prenatal diaqnostikada genetik testlərin rolu” müzakirə ediləcək.



"Medicina" xəbər verir ki, 100-dən çox ginekoloqun iştirak edəcəyi tədbir son zamanların aktual mövzusu ilə gündəmə gəlir.Konfransın təşkilatçısı Bioloji Təbabət İnteqrativ Təbabətdə Mərkəzində fəaliyyət göstərən Afgen Genetik Diaqnoz Mərkəzi və Məlhəm Beynəlxalq Hospitalıdır.

Tədbirin müzakirə mövzusu “ Prenatal diaqnostikada çox rast gəlinən xromosom anomaliyalı”, Geniş yayılan xromosom anomaliyalarının prenetal diaqnostikasında NİRT testinin rolu “ olacaq.


Afgen Genetik Diaqnoz Mərkəzinin rəhbəri, genetik- mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Könül Həziyeva, uzman mama-ginekoloq, cərrah, Sitarə Aslanova, Məlhəm Beynəlxalq Hospitalının uzman mama-ginekoloqu Sevinc Məmmədova hər iki mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat təqdim edəcəklər. Sonra çıxışlar iştirakçı ginekoloqların müzakirəsinə veriləcək.

Xromosom anomaliyalarının hamiləlik zamanı genetik testlər vasitəsilə vaxtında aşkara çıxarılıb müvafiq tədbir görülməsi sağlam gələcək naminə atılan mühüm addımlardan biridir.


Qeydiyyat üçün: