Quduzluq peyvəndi barədə 7 fakt – Kimlərə, necə vurula bilər?

  • 2024.04.25 16:21
  • 938 Baxış
Quduzluq peyvəndi barədə 7 fakt  – Kimlərə, necə vurula bilər?

Quduzluq həmişə ölümlə nəticələnir. Ona görə uşaqlıqdan bu xəstəlikdən qorunmaq və məcburi peyvəndləmə barədə məlumatlı olmaq lazımdır.


“Medicina” xəbər verir ki, infeksionist Qleb Rıjov quduzluq vaksini barədə əsas faktları açıqlayıb.


“Quduzluğa qarşı qarına 40 iynə vurdurmaq, ard-arda 7 vaksin vurmaq keçmişdə qalıb. Quduzluğa qarşı müasir peyvəndlər başqa sxemlə işlənir.
Quduzluqda virusz qanla yox, sinirlərlə baş beyinə ötürülür. Dişləmə nə qədər üz, başa yaxındırsa, yayılma o qədər sürətli olur.


Şübhəli heyvanın hücumundan sonra mütləq yaxın tibb məntəqəsinə gedib, peyvəndi vurdurmaq lazımdır.


Elə risk qrupunda olan insanlar var ki, onlara bu peyvənd profilaktik məqsədlə vurulmalıdır.

Bunlar zoopark işçiləri, heyvanlarla işləyənlər, ovçular, maldarlar və heyvan həkimləridir.


Dünyada quduzluqdan tam sağalma üzrə bir fakt var və xəstənin müalicəsi 800 min dollara başa gəlib. Bu quduzluqla mübarizədə yeganə haldır.



Quduzluq barədə 7 fakt:


- İnsan yoluxduğunu başda hiss etmir, özünü normal hss edir, sonra qripə bənzər simptomlar olur, başı ağrıyır. Yenə də ailə şübhələnmir və sonra bir neçə saatın içində gər şey pisləşir.

- Bu simptomları gözləmək olmaz. Dərhal hərəkət etmək lazımdlır.

- Quduz heyvanın ağız suyu yaradan keçdisə, yoluxma var. Əgər insan
həmin heyvanı tuta bilirsə, dərhal bir qapalı yerə salıb saxlamaq lazımdır

- Hətta yara kiçik olsa da, qanama olmasa da virus yoluxmuş ola bilər.

- Quduzluq yarasa, pişik, it, xırda gəmirici, çöl heyvanı, hətta ev
heyvanından da keçə bilər.

- Quduzluq peyvəndi uşaqlıqdan kütləvi profilaktika məqsədilöə vurulmur. Yalnız heyvanla kontaktdan sonra vurulur.

- Bu peyvəndin heç bir əlks təsiri və qadağası yoxdur. Yaşından asılı olmayaraq, hər kəsə vurulur.

- Peyvənd insanın qoluna və ya buduna vurulur.

Sxem belədir:

Heyvan dişləməsindən sonrakı gün dərhal
0-1 ci gün 1 doza
3-cü gün 2-ci
7ci gün 3 –cü
14-cü gün 4-cü
Adətən 30 gün sonra da biri vurulur.


Vaksin nə qədər tez vurulsa, immunitet bir o qədər tez formalaşır.

Peyvənd üçün ən yaxın məntəqə, xəstəxana və poliklinikaya getməlisiz. Peyvənd pulsuzdur.”.

Aygün Musayeva