100 yaş və daha yuxarı 100 nəfər arasında aparılan sorğuda maraqlı nəticələr ortaya çıxıb.
Medicina.az xəbər verir ki, iştirakçıların 46 faizi müntəzəm olaraq güc məşqləri etdiyini bildirib. Mütəxəssislərə görə, bu məşqlər yaşlandıqca əzələlərin zəifləməsinin qarşısını almağa və müstəqil hərəkəti qorumağa kömək edir.
Bundan başqa, iştirakçıların 67 faizi sağlam qidalandığını, 42 faizi isə müntəzəm olaraq gəzdiyini və ya yürüş etdiyini deyib.
Mütəxəssislər uzun ömür üçün fiziki aktivlik, düzgün qidalanma və hərəkətli həyat tərzinin vacib olduğunu vurğulayır.
Xanım,
Medicina.az