13 yaşlı qızın dünyaya gətirdiyi körpə - uşaq evinə verildi

  • 2022.11.18 14:28
  • 3792 Baxış
13 yaşlı qızın  dünyaya gətirdiyi körpə   - uşaq evinə verildi



Bakıda sentyabrın 6-da ana olan 13 yaşlı qızın körpəsi xəstəxanadan çıxarılaraq uşaq evinə yerləşdirilib.

"Medicina" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.


“Sentyabrın 6-da dünyaya gələn uşaq oğlandır. Körpə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna aparılıb. Lakin onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri qaydasında olmadığından körpələr evinə köçürülməsi prosesi ləngiyib.

Biz aidiyyəti qurumlarla birlikdə körpənin doğum haqqında şəhadətnaməsini düzəldib, noyabrın 1-də instituta təqdim etdik. Bundan sonra aidiyyəti qurumlar arasında danışıqlar aparılıb. Nəticədə 13 yaşlı qızın dünyaya gətirdiyi körpə noyabrın 16-da Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə yerləşdirilib.

13 yaşlı ana övladından imtina etməyib. Ana “Azərbaycan Uşaqlar Birliyi”ndədir. O, yetkinlik yaşına çatana qədər körpəsinin dövlət himayəsində qalmasını istəyib, körpə isə üç yaşına çatana qədər uşaq evində qalacaq" /oxu.az/

Aygün M