Avropa Beynəlxalq Hospitalının Ginekologiya şöbəsi qadın sağlamlığının qorunması, diaqnostikası və müalicəsi istiqamətində müasir tibbi yanaşmalar tətbiq edir.
Şöbədə profilaktik müayinələrdən hamiləlik dövrünün müşahidəsinə qədər geniş spektrli xidmətlər göstərilir, pasiyentlərin tibbi ehtiyaclarına fərdi yanaşma əsas prinsip kimi götürülür.
Medicina.az xəbər verir ki, şöbənin həkim heyətində uzunillik təcrübəsi ilə seçilən, ali dərəcəli mama-ginekoloq Arzu Rüstəmova fəaliyyət göstərir.
30 illik iş stajına malik olan həkim qadın xəstəliklərinin diaqnostika və müalicəsində, eləcə də hamiləliklərin təhlükəsiz və ardıcıl izlənməsində peşəkar yanaşması ilə tanınır.
Ginekoloq Arzu Rüstəmovanın hamiləlik üzrə nəzarətində olan pasiyentlərin ultrasəs, doppler və prenatal görüntüləmə müayinələri radioloq Arzu Cəfərova tərəfindən icra olunur. Bu əməkdaşlıq hamiləliyin gedişatının hər mərhələdə dəqiq qiymətləndirilməsinə, mümkün risklərin erkən mərhələdə aşkarlanmasına və pasiyent üçün ən uyğun tibbi qərarların verilməsinə şərait yaradır.
Avropa Beynəlxalq Hospitalın Ginekologiya şöbəsi qadınlara etibarlı tibbi mühitdə, peşəkar həkim nəzarəti altında yüksək keyfiyyətli xidmətlər təqdim etməyi hədəfləyir. İnteqrasiya olunmuş tibbi yanaşma qadın sağlamlığının qorunmasında mühüm rol oynayır.
HƏKİMİN QƏBULU ÜÇÜN:
(010) 430 03 03
MEDİCİNA.AZ