Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 və 3 yaşlı qızlar xəstəxanalıq oldu

  • 2025.07.07 12:06
  • 86 Baxış
2 və 3 yaşlı qızlar xəstəxanalıq oldu

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Oxşar hadisə dünən saat 20 radələrində Salyanda da baş verib. 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndindəki evdən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır. Onun da ehtiyatsızlıqdan kimyəvi məhlul içdiyi bildirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.