Araşdırmaya görə, 20 yaşlarında olan qadınların təxminən üçdə biri vacib xərçəng skrininqindən keçməyib.
Medcicina.az xəbər verir ki, bu barədə "HealthDay" yazıb.
Bildirilib ki, müntəzəm müayinələr bəzi xərçəng növlərinin erkən aşkarlanmasında mühüm rol oynayır. Buna baxmayaraq, gənc qadınların bir hissəsi skrininqləri vaxtında etdirmir.
Həkimlər qadınları yaşlarına və fərdi risk faktorlarına uyğun tövsiyə olunan xərçəng müayinələrini gecikdirməməyə çağırırlar. Erkən diaqnoz müalicənin daha effektiv aparılmasına və sağalma şansının artmasına kömək edə bilər.
Xanım,
Medicina.az