3 yaşdan kiçik uşaqlar üçün ekran xəbərdarlığı

  • 2025.12.27 14:28
  • 80 Baxış
3 yaşdan kiçik uşaqlar üçün ekran  xəbərdarlığı

Türkiyəli psixoloq Mehmet Hilmi Eren, 3 yaşından əvvəl telefon, planşet və televizor istifadəsinin uşağın inkişafına ciddi mənfi təsir göstərdiyini vurğulayıb.

Medicina.az xəbər verir ki, Mehmet Hilmi Eren uşaqlarda ekran asılılığına diqqət çəkib:

"Telefona, planşetə və televizora erkən məruz qalmaq ciddi risklər daşıyır. 3 yaşından əvvəl ekranlara məruz qalan uşaqların dil inkişafına, diqqət müddətinə və sosial bacarıqlara zərər verir. Bu dövrdə ekran istifadəsi uşaq üçün edilə biləcək ən böyük səhvlərdən biridir".

Dil inkişafının və zəkanın paralel olaraq inkişaf etdiyini bildirən Eren, uşaqların söz ehtiyatının intellektual inkişaf üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, körpəlikdən uşaqlarla çox danışmağın, dialoq qurmağın və ünsiyyəti gücləndirməyin vacibliyini vurğulayıb:

"Uşaqlar təbiəti, ətraf mühiti və insanları müşahidə etmək əvəzinə ekranlara yönəlib. 3 yaşından əvvəl xarici dilləri öyrənməsi üçün ekranlara baxmaları səhv bir yanaşmadır".

O, valideynləri bu məsələdə daha həssas olmağa çağırdı.

Aygün
Medicina.az