Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 yaşlı uşağın üstündən “Kamaz” keçdi - Zaqatalada dəhşət

  • 2025.06.16 21:27
  • 200 Baxış
5 yaşlı uşağın üstündən “Kamaz” keçdi -  Zaqatalada dəhşət

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

Medicina.az APA-ya istinadla, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.
Belə ki, 5 yaşlı Elman Məcid Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb.
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.