ABŞ-də aparılan araşdırmaya görə, 60 yaşdan yuxarı insanların gündəlik yerimə sürətini bir qədər artırması fiziki imkanlarını qorumağa kömək edə bilər.
Medicina.az xəbər verir ki, dəqiqədə təxminən 14 addım daha çox atan yaşlı insanlar altı dəqiqəlik yerimə testində daha uzun məsafə qət ediblər.
Araşdırmada 60 yaşdan yuxarı 102 nəfər iştirak edib. Dörd ay davam edən proqram zamanı daha sürətli yeriyən iştirakçıların yerimə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, bir qədər sürətli yerimək ürək, əzələ və tarazlıq sistemini gücləndirə bilər. Lakin yaşlı şəxslərə fiziki aktivliyi sağlamlıq vəziyyətlərinə uyğun şəkildə artırmaq tövsiyə olunur.
Xanım,
Medicina.az